Şəfəqə Doğru » Manşet » Türk müdafiə nazirindən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Türk müdafiə nazirindən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Türk müdafiə nazirindən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri ilə bağlı AÇIQLAMA

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinin davam etdiyini deyib.

"HaberGlobal” məlumat verib ki, nazir bunların planlaşdırılmış təlimlər olduğunu bildirib:

"Hazırda orada illik planlaşdırılan təlimlərimiz var. Quru və hava qüvvələri üzvlərimiz Azərbaycandakı qardaşlarımızla birlikdə geniş işlərini davam etdirir, eyni zamanda bu, hər iki ölkənin silahlı qüvvələri üçün də faydalıdır.

Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanındayıq və olmağa da davam edəcəyik.

Hazırda "TurAz Qartalı” təlimimiz var. Bunlar planlı təlimlərdir. Lakin bəziləri buna başqa mənalar yükləyirlər. Hazırda fəaliyyət uğurla davam edir”.