Şəfəqə Doğru » Manşet » 20 Məktəb direktoru işdən azad edilib

20 Məktəb direktoru işdən azad edilib

20 Məktəb  direktoru işdən azad  edilib

Bakıda 20 məktəbin direktoru yerdəyişmə ilə digər məktəblərə təyinat alıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az saytına verilən məlumata görə, 18 direktor tutduğu vəzifədən azad edilib. Həmin direktorlardan 14-ü yaş həddi, 4-ü isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.
Həmin məktəblər aşağıdakılardır:

19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262 və 322 saylı orta məktəblər.

İdarədən bildirilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyə təhsil nazirinin əmrilə yeni direktor təyin edilib.

Bundan əlavə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 20 məktəbin direktoru yerdəyişmə ilə digər ümumi təhsil məktəblərinə təyinat alıblar.