Türkiyədəki zəlzələ Ermənistanın Armavir və Ararat bölgələrində, habelə İrəvanda hiss edilib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Türkiyənin İğdır şəhərindən 12 km cənub-şərqdə, yerli vaxtla 03: 29-da 4.2 bal gücündə zəlzələ baş verib.
Təkanların dərinliyi 10 km, episentrdə zəlzələnin gücü 5-6 bal olub. Zəlzələ Ermənistanın Armavir və Ararat bölgələrində 4, İrəvan 3-4 bal gücündə hiss olunub.