Ramazan ayının sonlarına doğru ediləcək ən vacib ibadətlərdən biri də fitrə verməkdir.
İslam dinində fitrə verilməsi adətən Ramazan ibadətlərinin başa çatdırılması kimi qəbul edilir.
Ən önəmli məsələ isə fitrənin necə və nə ilə verilməsidir. Adətən islam dinində fitrə pulla, ya da ərzaqla verilir. Ərzaqlar isə çörək, un, düyü və xurmadır. Ancaq ilahiyyatçılar İnsanın bir günlük yemək xərcinin fitrə kimi verilməsini ən məqbul variant hesab edirlər.
Qafqaz Müsəlmanları İdarəsi adambaşına ən azı 5 manat fitrə verməyi məqbul hesab edib. Fitrə bayram namazına qədər verilməlidir.
Shafaqadogru.com "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.