Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sədri və tərkibi dəyişdirilib.
Shafaqadogru.com xəbər verir ki, Prezident İlham Əliyevin fərmana əsasən, Komissiyanın sədri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev təsdiqlənib.
İndiyədək Komissiyanın sədri Ramiz Mehdiyev idi. Onunla yanaşı, əvvəlki tərkibdə olan Əbülfəs Qarayev (sabiq Mədəniyyət naziri), Bəxtiyar Əliyev (Milli Məclisin deputatı), Səttar Möhbalıyev (Milli Məclisinin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qudası), Elmira Axundova (Milli Məclisin sabiq deputatı Azərbaycanın Uktaynadakı səfiri), Məlahət İbrahimqızı (Milli Məclisinin deputatı), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanova (Əməkdar müəllimi) Komissiyanın tərkibindən çıxarılıblar.