İki ay bundan öncə saytımızda Qazax " 28 №-li Yol İstismar "MMC”nin direktoru Kərəm Məmmədrzayevin Qazaxda at oynatması barədə yazmışdıq.Belə ki, Kərəm Məmmədrzayev Ağstafacay hövzəsinin Qazax ərazisində qurmuş olduğu "Qum-Çınqıl "sexini 28 Saylı Yol İstismar idarəsinin texnikasını , yük maşınlarını ,yanacağını və eləcədə maaşları adı çəkilən idarədən alınan işçi qüvvəsini istismar etməklə hədsiz dərəcədə varlanaraq ,Qazaxda isdədiyi işləri görür.Belə ki, bu günlərdə Bakı-Tibilisi trasının sağ kənarında uzun illərdir Kərəmin idarəçiliyində olan "Palıd”restaranı az bir müddət ərzində rəhbərlik etdiyi idarənin texnikası və işçi qüvvəsinin vasitəsi ilə sökülərək ,yenidən inşasına başlanıldı.Hal –hazırda beş mərtəbəli otelin ikinci mərtəbəsi tikilir.Tikilən otel yolun kənarına doğru qalınlığı bir metr civarında olan agaclar kəsilərək,ekskvatorlar vasitəsi ilə çıxarılıb gizlədilir və yerində tikilib.Şəkildə görünən ağacın yanında və eyni ölçüdə olan ağac kəsilib.Görünən ağac isə kəsilmək üzərədir.
Başqa bir sahədə isə K.Məmmədrzayev həyat yoldaşının adına tam sənədləşdirilməmiş "Ağstafaçay "hövzəsinin Qazax ərazisində yerləşən hissəsində 1,5 ha-lıq sahədə on-on bir illik ağacaları kütləvi sürətdə rəhbərlik etdiyi idarənin texnikası və işçiləri vasitəsi ilə köklərindən çıxararaq,özünə yeni bir qazanc sahəsi yaradır.Ona görə ki, həmin sahənin üzbə -üzündə Kərəm Məmmədrzayevin böyük asvalt zavodu var . Bu gün üzərində bitmiş olan meşəni də ona görə, alıb qırdırır ki,altında zəngin qum-çınqıl yatağı var.Məsələ burasındadır ki,Kərəmin qırıb məhv etdiyi meşələrə nəzarət etməli adam Ekologiyya və Təbbi Sərvətlər nazirliyini 2 saylı Ekologiya və Təbbi Sərvətlər idarəsinin Qazax rayonu üzrə müfəttişi Fərmayıl Məmmədrzayevdir.Deməli ,Qazax rayonunda qardaşı tərəfindən ağacların məhv edilməsini gerçəkləşdirən cinayətkarın doğma qardaşı müfəttiş Fərmayıl Məmmədrzayev isə qardaşının bu əmməllərinə nəinki göz yumur, hətta, ört-basdır edir.lakin bütün bunların bilərək iki saylı Ekalogiya və Təbii Sərvətlər idarəsinin rəisi Afiyyət Mikayılov müfəttiş F.Məmmədrzayevə nəinki heç bir cəza tətbiq etməmiş əksinə , onunla dosluq əlaqələrini bir az daha da möhkəmləndirmişdir.
Iki ay öncə mən Afiyyət müəllimdən müsahibə götürərkən K.Məmmədrzayevin arxasında Saleh Məmmədovun durduğunu və heç bizidə saymır Kərəm, deyən adam ,tabeliyində işləyən müfəttişi ilə də özü dostluq əlaqəsini möhkəmlədib .
Belə çıxır ki ,K.Məmmədrzayev ya məni kimi Afiyyət müəllimi də hədələyib ,ya da,ona rüşvət verib.
Bütün bu olaylar barədə, iki ay öncə saytımızda dərc etmiş olduğumuz "Qazaxdakı meşələrdə kütləvi ağac qırğınına kim rəvac verir ?” başlıqlı məqalədə şəkillərlə və vidyo çəkilişlə birlikdə hər şeyi açıq şəkildə göstərməyimizə rəğmən ,Məmmədrzayev qardaşları hələdə , işinə davam edir.
Baxmayaraq ki, Ekologiya və Təbii Sərvətlər nazirliyinə göndərdiyim məktuba cavab olaraq ,Qazax rayon Prokrorluğu həmin nazirliyin müraciəti əsasında K.Məmmədrzayevə cinayət işi açılıb.Lakin bir aydan çox keçməsinə baxmayaraq,nəticə barədə hələ bir şey bilmirik .
Hesab edirik ki, aidiyyəti qurumlar, eləcədə Qazax rayon prokrorluğu ölkə prezidenti İ.Əliyev cənablarının məmurların özbaşnalığı və qudurğanlığı barədə gördüyü tədbirləri verdiyi tapşırıqları nəzərə alıb , Məmmədrzayev qardaşlarının da cinayət əməllərinə göz yummayacaq.
Bizsə mövzuya qayıdacayıq.
Qarşı tərəfin də, fikirlərini dərc etməyə hazırıq.
Neymət Novruzlu.