"Azərbaycan Qarabağda hərbi əməliyyatların elə bir mərhələsindədir ki, iki saatlıq atəşkəs əleyhimizə işləyə bilər. Artıq Şuşada erməni qalmayıb”.
Shafaqadogru.com xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, müzəffər ordumuz Şuşa ətrafında, Laçında tarix yazır. Rusiya Prezidenti Vladimir Putinin isə Azərbaycan və Ermənistan liderlərinə zəngi atəşkəsə əməl edilməsinə hesablanıb:
"Rusiyanın müəyyən təzyiqləri "Laçın dəhlizi” ilə bağlı ola bilər. Türkiyənin yüksək səviyyədə heyətinin Bakıda olması, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi və Azərbaycan xalqının bir olması, Qarabağda uğurlu hərbi əməliyyatların davam etməsini şərtləndirir.
Hesab edirəm ki, Azərbaycan Rusiyanın öz geosiyasi maraqlarına görə atəşkəs çağırışına getməyəcək. Putinin zəngi artıq həlledici deyil və Azərbaycan üçün keçərli olmayacaq. Qələbə bizimlədi! Azərbaycan Türkiyə qardaşlığı daimidir!!!”, - deyə politoloq əlavə edib.