Şəfəqə Doğru » Manşet » “Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır“ - VİDEO

“Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır“ - VİDEO

“Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır“ - VİDEO
"Vəhabi təriqətindən, sünni məzhəbindən gəlib Təzəpirdə namaz qılanlar var. Məzhəbindən aslı olmayaraq bu şəxslərin hər hansı məsciddə namaz qılmasına mane törədən şəxslər cəzalandırılacaq. Bütün məscidlərin qapısı müsəlmanlara açıqdır".

Bu sözləri bütün Qafqazın Şeyxi hacı Allahşükür Paşazadə "Hesabat" verişində Azərbaycanda məzhəb ayrıseçkiliyinin olmadığından danışarkən bildirib.

Mir Şahinin suallarını cavablandıran Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadə hazırda məscidlərdə müəyyən çətinliklərin qaldığını bu problemlərin üzərində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birlikdə məsləhətləşmələrin keçiridliyini bildirib.

Prezident İlham Əliyev tərəfindən dini icmalar üçün Qafqaz Müsəlmanlar idarəsinə 1 milyon manat vəsaitin ayrıldığını qeyd edən şeyx bu vəsaitin bir sıra problemlərin həllinə, eləcə də dövlət qeydiyyatından keçən məscidlərin xərclərinə yönləndiriləcəyini qeyd edib.

Şeyx həmçinin Həcc ziyarəti sahəsində müəyyən problemlərdən-qiymətərin bahalığından danışıb. Allahşükür Paşazadə qiymətlərin müəyyən qədər endirildiyini, lakin manatın ucuzlaşmasının qiymətlərə təsir etdiyini qeyd edib.

Həcc ziyarətinə gedənlərinin sayının azalmasında ancaq maddi tərəflərin problem yaradığını, təhlükəsiziliklə bağlı heç bir problemin olmadığını diqqətə çatdıran şeyx ötən həftə Səudiyyə Ərəbistanında Peyğəmbər məscidi yaxınlığında baş verən terror hadisəsinə toxunub.

Terrorun və terrorçuların dininin olmadığını qeyd edən Allah Şükür Paşazadə Səudiyyə Ərəbistanının baş verən hadisələrdən sonra təhlükəsizlik tədbirlərini daha da gücləndirəcəyinə inandığını bildirib.

Şeyx Roma Papasının Ermənistana səfərinə də toxunub. O, Papanın gələcəkdə Azərbaycanada da səfər edəcəyini o, zaman bəzi məslələri müzakirə etmək üçün imkanının olacağına ümüd etdiyini bildirib.

"Onun İrəvana gəlib, birinci Xristian dünyasına gəldim deməsi bir siyası məslə idi. Onların daxilində də bir çox münaqişələr baş verir. Hazırda dünyada böyük bir dini böhran yaranıb. Hər bir din xadimi özünə fikir verməlidir" - deyə Şeyx bildirib.
AzNews.az