Şəfəqə Doğru » Manşet » İŞİD Azərbaycan polisinə hücum hazırlayır - ŞOK

İŞİD Azərbaycan polisinə hücum hazırlayır - ŞOK

İŞİD Azərbaycan polisinə hücum hazırlayır - ŞOK
Beynəlxalq koalisiyanın və Rusiyanın hava zərbələri nəticəsində Suriyada sıxışdırılan İŞİD terror təşkilatı Avropada intiharçı-terrorçularla yeni hücumlara hazırlaşır. Virtualaz.org xəbər verir ki, "Milliyet” qəzetinin Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən yazdığına görə İŞİD intiharçı-terrorçuların Avropaya göndərilməsi üçün yeni marşrut seçib. Belə ki, intiharçı-terrorçular Avropaya Azərbaycan, Kipr və Gürcüstan üzərindən göndərilir.

Habelə qəzet yazır ki, İŞİD Azərbaycan və Şimali Qafqaz əsilli terrorçuları Türkiyə və Azərbaycanda terror hücumları həyata keçirmək üçün seçib. İstanbul Atatürk hava limanında həyata keçirilən terror hücumlarının ardınca Türkiyənin xüsusi xidmət orqanları İŞİD-in beynəlxalq koalisiya qüvvələrinin əməliyyatlarına cavab olaraq həm Avropa ölkələrini, həm Türkiyəni hədəf aldıqlarına dair məlumatlar əldə ediblər. Türkiyənin xarici ölkə kəşfiyyatları ilə həyata keçirdiyi ortaq fəaliyyətlər nəticəsində əldə edilmiş məlumatlar İŞİD-in Avropaya və Türkiyə yeni terrorçular göndərdiyini təsdiq edir.

İŞİD Azərbaycan polisinə hücum hazırlayır

Bildirilir ki, Atatürk hava limanındakı terror hücumlarından sonra Türkiyə xüsusi xidmət orqanları İŞİD-in ölkəyə göndərdiyi terrorçu qrupu təsbit edib və onların kimliklərini müəyyənləşdirib. Nəticədə İŞİD 20-25 nəfərlik yeni qrup təşkil edib və həmin qrupu Türkiyəyə keçirməyə çalışır. Məlumata görə Türkiyənin Əmniyyət Genel Müdürlüyü bu barədə yerli polis idarələrinə xəbərdarlıq göndərib.

Əmniyyətin iyun ayında yerli polis idarələrinə göndərdiyi başqa xəbərdarlıq məktubunda isə deyilir ki, Azərbaycan və Şimali Qafqaz əsilli İŞİD-çilər Türkiyə və Azərbaycanda "canlı bomba”larla hücumlar həyata keçirməyi planlaşdırır. Həmin məktubda göstərilib ki, sözügedən İŞİD-çilər Azərbaycandakı hücumlarda polisləri və onların ailə üzvlərini hədəf almağa hazırlaşırlar.

Xatırladaq ki, Azərbaycandan yüzlərlə radikal İŞİD-ə qoşulub və Suriyadakı döyüşlərdə iştirak edir. İndiyədək onların bir çoxu öldürülüb, bir çoxu geri qayıdarkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən yaxalanıb və uzunmüddətli həbs cəzalarına məhkum ediliblər. Bununla belə ölkənin özündə də radikal dindarlar arasında İŞİD ideologiyasını bölüşənlərin və bu dəhşətli terror təşkilatının əmrlərini yerinə yetirməyə hazır olanların mövcudluğu istisna deyil.