Şəfəqə Doğru » Manşet » Müdafiə Nazirliyi müharibədə həlak olan hərbçi sayını açıqladı- 2 783 ŞƏHİD

Müdafiə Nazirliyi müharibədə həlak olan hərbçi sayını açıqladı- 2 783 ŞƏHİD

Müdafiə Nazirliyi müharibədə  həlak olan hərbçi  sayını açıqladı- 2 783 ŞƏHİD
Bu gün Müdafiə  Nazirliyi Azərbaycan ordusunun Vətən müharibəsində həlak olanların sayını  açıqlayıb
Verilən məlumata  görə müharibədə Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!