"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndə (TƏBİB) kadr dəyişikliyi olub.
Şöbə müdiri Şükür Eyvazov öz istəyilə vəzifəsindən azad edilib.
Şükür Eyvazov Modern.az saytına açıqlamasında bir müddət əvvəl TƏBİB-dən ayrıldığını təsdiqləyib.
Digər məlumata görə, Ş.Eyvazov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Hospitalına rəis təyin edilib.