Erməni silahlı birləşmələrinin Hadrud istiqamətində törətdiyi təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb.
"Sputnik Armenia”-nın yaydığı verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, dekabrın 11-də saat 20:40 radələrində Hadrutda atışma olub, nəticədə üç erməni hərbçi yaralanıb.
Xatırladaq ki, ötən gün haqqin.az saytı Hadrutda ermənilərin azərbaycanlı hərbçilərə qarşı silahlı təxribat törətdiyi, nəticədə bir hərbçimizin yaralandığı barədə məlumat yaymışdı.