Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 601 yeni yoluxma faktı qeydə alınıb, 1593 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az saytına verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.
Ümumilikdə 224651 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 208681 nəfər müalicə olunaraq sağalıb, 2909 nəfər vəfat edib, aktiv xəstə sayı 13061 nəfərdir.
Ölkədə son sutka ərzində 8 368, hazırkı dövrədək isə 2 267923 test aparılıb.