Şəfəqə Doğru » Manşet » Cənubi Sudanda əsgərlərə maaş əvəzinə qadın verilib

Cənubi Sudanda əsgərlərə maaş əvəzinə qadın verilib

Cənubi Sudanda əsgərlərə maaş əvəzinə qadın verilib

Cənubi Sudanda üsyançı döyüşçülərə maaş əvəzinə qadınları zorlamaq icazəsi verilib, - BMT hesabatında deyilir

 


Müstəntiqlər müəyyən ediblər ki, ötən il bu, neftlə zəngin ölkədə 1300 qadın zorlanıb.

Ordu qəsdən "viran qoyulmuş torpaq" siyasətini yürüdərək müharibə cinayətləri sayılan dinc əhaliyə qarşı qətl və zorlama təşkil edir, BMT bildirib.

Hökumət ordunun dinc sakinləri hədəfləməsini inkar etsə də, təhqiqat aparıldığını deyir.
"Qarşılıqlı fəaliyyət qaydaları var və biz onlara əməl edirik," prezidentin sözçüsü Salva Kiir, Ateny Wek Ateny BBC Newsday proqramına bildirib.

Hesabata görə qiyamçılar "nə bacarırsan et və nə götürürsən götür" razılaşmasına əsasən hərəkət edib. Bu isə qadın və qızların onlara maaş əvəzinə verilməsinə və onları zorlamasına şərait yaradıb.

Bir qadın deyib ki, ərini öldürdükdən sonra o, 10 əsgərin 15 yaşlı qızını zorlamasını gözüylə görüb.

BMT-nin İnsan Haqları üzrə Komissarı Zeid Ra`ad Al Hussein bildirib ki, Cənubi Sudanda baş vermiş cinsi zorakılığın miqyası və tipi dünyada ən ağlagəlməz insan haqları pozulmasıdır.

Cənubi Sudanda vətəndaş münaqişəsi 2013-cü ilin dekabrından bəri davam edir (BBC).