Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan yaxın günlərdə Azərbaycanın separatçıların nəzarəti altında olan Qarabağ bölgəsinə səfər edəcək.
Bu barədə o, İnformasiya-kommunikasiya sahəsində İşəgötürənlər İttifaqının sədri Armen Baldryan və təşkilatın icraçı direktoru Eduard Musaelyanla görüşdə bildirib.Bu haqda Sputnik Armenia yazıb.
A.Arşakyan Qarabağda informasiya texnologiyalarının inkişaf imkanlarını müzakirə edəcək.