Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın 7 müsəlman ölkəsinə qoyduğu qadağaya əslən azərbaycanlı məşhur müğənni münasibət bildirib.
Shafaqadogru.com istipress-ə istinadən xəbər verir ki, Amerikada yaşayan azərbaycanlı müğənni Ququş Euronews telekanalının aparıcısının suallarını cavablandırıb.
Aparıcı Ququşa belə sual verib: "Sizin qrin-kartınız var, Los-Ancelesdə yaşayırsınız. Sabah ABŞ-a qayıdacaqsınız. Narahat olmursunuz ki, ABŞ-a gələndə sizi tuta bilərlər?"
Müğənni bu cür hissləri 37 il əvvəl də hiss etdiyini deyib: "1987-ci ildə Londondan Tehrana qayıdanda problemlərlə üzləşdim. İslam rejimi hakimiyyətə gələndən sonra 21 il səhnəyə çıxa bilmədim. İndi isə ABŞ-a gələ bilmərəm. Çünki mən müsəlmanam. Bu məni narahat edir. Fərman imzalandığı gündən mən ikinci evimdən qovulduğumu düşündüm. Belə olacağı halda özümə yeni sığınacaq axtarmalı olacağam".