Jurnalist Zabil Müqabiloğlu dünyasını dəyişib. Hazırda onun nəşi 1 saylı Şəhər Kliniki Xəstəxandadadır (Semaşko) və müəyyən prosedurlardan sonra yaxınlarına təhvil veriləcək.
Jurnalist serroz xəstəliyindən əziyyət çəkirdi və son dəfə dünən axşam komaya girmişdi.
Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən mətbuatdadır. "525-ci qəzet”, "Avropa”, "Tərcüman” qəzetlərində, "Yeni Müsavat” Media Qrupunda çalışıb.
Son iş yeri təsisçisi olduğu gunxeber.com saytı idi.
Özündən sonra bir oğlu qaldı.
Allah rəhmət etsin.