Şəfəqə Doğru » Manşet » TRAMP: “YALNIZ AXMAQ İNSAN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİN PİS OLMASINI İSTƏYƏR” — FOTOLAR

TRAMP: “YALNIZ AXMAQ İNSAN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİN PİS OLMASINI İSTƏYƏR” — FOTOLAR

TRAMP: “YALNIZ AXMAQ İNSAN RUSİYA İLƏ MÜNASİBƏTLƏRİN PİS OLMASINI İSTƏYƏR” — FOTOLAR
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Rusiya ilə yaxşı münasibətdə olmağın tərəfdarıdır.
 
Shafaqadogru.com xəbər verir ki, bu barədə Tramp öz Twittersəhifəsində yazıb. O, bildirib ki, yalnız axmaq adamlar ABŞ-ın Rusiya ilə pis münasibətdə olmasını istəyər.
 
"Rusiya ilə yaxşı münasibət yalnız işin xeyrinə ola bilər. Yalnız axmaq insan Rusiya ilə münasibətlərin pis olmasını istəyər”, – deyə Tramp yazıb.
 
Onun sözlərinə görə, Rusiya ilə ABŞ münasibətləri gələcəkdə daha yaxşı olacaq:
 
"İndikindən fərqli olaraq, mənim hakimiyyətim dövründə Rusiya ABŞ-a daha çox etibar və hörmət edəcək. Çalışacağam ki, hər iki dövlət beynəlxalq problemlərin həllində birgə çalışsın və uğurlu nəticələr əldə olunsun”.