Şəfəqə Doğru » Aktual » 50 yeni məktəbəqədər mərkəz açılacaq

50 yeni məktəbəqədər mərkəz açılacaq

50 yeni məktəbəqədər mərkəz açılacaq

İcma əsaslı təhsilin inkişafı üçün növbəti tədris ilindən 50 yeni məktəbəqədər mərkəz açılacaq.

 

Shafaqadogru.com  xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.

 

O bildirib ki, daha min uşaq icma əsaslı məktəbəqədər təhsilə cəlb olunacaq: "İndiyə qədər 693 belə mərkəz var. Hazırda 15 min uşağı əhatə edir və bu say 16 minə yüksələcək".