Şəfəqə Doğru » Aktual » Türkiyədə miqrant qaçaqçıları həbs edildilər

Türkiyədə miqrant qaçaqçıları həbs edildilər

Türkiyədə miqrant  qaçaqçıları həbs  edildilər

Türkiyənin Adana şəhərində qansuz miqrant qaçaqçılığı ilə məşğul olan şəxslər saxlanılıb.

İHA-nın xəbərinə görə, onlar xarici ölkə vətəndaşlarının pul müqabilində qanunsuz olaraq İrandan Adanaya, oradan da Türkiyənin Ankara və İstanbul şəhərlərinə getmələrini təmin ediblər.

 

Polislərin araşdırması nəticəsində Əfqanıstan, Pakistan, Şri-Lanka, Özbəkistan və Banqladeş vətəndaşlarının Türkiyəyə gəlməsini təmin edən 10 nəfər saxlanılıb.

Növbətçi hakimin qərarı ilə onlardan yeddi nəfəri həbs edilib, üç nəfər isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.

Eyni zamanda, 194 miqrant 688 506 lirə (197,601 AZN) cərimə edilərək, ölkədən göndərilib.