Azərbaycan Mərkəzi Bankı dolların qarşıdakı 4 gün üçün rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Banka istinadən yayılan xəbərdə deyilir ki, dekabrın 24-ü də daxil olmaqla dolların rəsmi kursu 1,70 manat müəyyən edilib (reytinq.az).
Qeyd edək ki, bu gün dolların rəsmi kursu 1,70manata bərabər olub.
Xatırladaq ki, dekabrın 23-ü ölkədə bələdiyyə seçkiləri keçiriləcəyindən həmin gün qeyri-iş günü olacaq. Ona görə də, Mərkəzi Bank həftənin 2-cü günü üçün də dolların rəsmi məzənnəsini elan edib.