Şəfəqə Doğru » Gündəm » Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib
Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.
Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Müdir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edilir ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.