Şəfəqə Doğru » Gündəm » İntihar etdiyi deyilən şəxs AMEA müdirinin qohumu imiş -İddia

İntihar etdiyi deyilən şəxs AMEA müdirinin qohumu imiş -İddia

İntihar etdiyi deyilən şəxs AMEA müdirinin qohumu imiş -İddia

Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşı imiş.

Nicat  Quliyev Agentlikdə məsul vəzifələrdən birini tutub.

Məlumata görə, mərhumun anası Mətanət Quliyeva isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti akademik İsa Həbibbəylinin baldızıdır. Filalogiya üzrə fəlsəfə doktoru olan M.Quliyeva Naxçıvan Dövlət Universitetinin dosenti və kafedra müdiridir.

Hadisəyə gəlincə, Nicat Quliyevin özünə silahla atəş açaraq həyatına qəsd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir // tezadlar.az