Şəfəqə Doğru » Manşet » Bakıda kişini icazəsiz su içdiyinə görə zəncirləyən şəxs məsuliyyətə cəlb olundu - VİDEO

Bakıda kişini icazəsiz su içdiyinə görə zəncirləyən şəxs məsuliyyətə cəlb olundu - VİDEO

Bakıda kişini icazəsiz su içdiyinə görə zəncirləyən şəxs məsuliyyətə cəlb olundu - VİDEO
Sosial şəbəkələrdə bir nəfər şəxsin zəncirlə dirəyə bağlanılmasını əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyində araşdırılıb. 
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayonunda yaşayan, ruhi əsəb xəstəliyindən əziyyət çəkən 43 yaşlı şəxs 12 gün bundan əvvəl paytaxtın Sabunçu qəsəbəsində yerləşən marketlərin birinə daxil olub. Bir şüşə qazlı suyu icazəsiz içdiyinə görə marketin sahibi, 24 yaşlı Rahib Lətifov onun boğaz nahiyəsinə zəncir taxaraq marketin qarşısındakı dirəyə bağlayaraq mobil telefonla videogörüntüyə alıb və kadrları sosial şəbəkələrdə yayıb. 
 
Törətdiyi əmələ görə R.Lətifov məsuliyyətə cəlb edilib, qanunvericiliyə uyğun olaraq onun barəsində araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.