Şəfəqə Doğru » Manşet » Polis haqqında sifarişli material hazırlanması iddiasına DİN-dən cavab

Polis haqqında sifarişli material hazırlanması iddiasına DİN-dən cavab

Polis  haqqında sifarişli material hazırlanması iddiasına DİN-dən cavab

Bir neçə gün öncə "İctimai” televiziyada polisin fəaliyyətini tənqid edən materialla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuatın sorğusunu cavablandırıb.

Sözügedən materialın "qərəzli və sifarişli olma  ehtimalına münasibətiniz nədir" sualına polkovnik aşağıdakı kimi cavab verib:


- Əvvəl onu qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən bütün televiziya kanalları, o cümlədən də "İctimai” televiziya həmişə daxili işlər orqanlarının fəaliyyətini geniş işıqlandırıb, polisin cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu tədbirlərin tamaşaçılara çatdırılmasında böyük əmək sərf ediblər. Ona görə də bütün mətbuat nümayəndələrinə, o cümlədən "İctimai” televiziyanın əməkdaşlarına daxili işlər orqanlarının şəxsi heyəti adından təşəkkürümüzü bildiririrk. O ki, qaldı qeyd olunan materialın guya sifariş əsasında hazırlanmasına, birmənalı olaraq bildiririk ki, belə fikirlər əsassızdır. Bütün televiziya kanalları, o cümlədən "İctimai” televiziya ilə əməkdaşlığımız bu gün də daha yüksək səviyyədə davam edir.