Hər il "Dünya Qadınlar Günü" kimi qeyd olunan 8 Marta sayılı günlər qalır.
Ölkəmizdə bu gün (8 mart) daha çox kişilərin qadınları təbrik etdiyi, onlara gül-çiçək və müxtəlif hədiyyələr aldığı gün kimi tanınır. Həm Sovet İttifaqının sonuncu onillikləri, həm də müstəqillik dövründə 8 Martın bu cür tanıdılması davam etdi. Həmin gün, kişilər adətən, qadınların iş görməsi istəmirlər, onlar üçün ziyafət təşkil olunur və günü mümkün olduğu qədər qadınlar üçün şən və yaddaqalan etməyə çalışırlar.Təbii ki, günün belə təşkili, ziyafət və hədiyyənin olması hər bir qadın üçün sevindirici olmalıdır.Necə deyərlər, İLDƏ BİR DƏFƏ olan fürsətdir.
Bəs əslində 8 Mart Qadınlar Günü necə, hansı səbəb ilə meydana çıxdı?
Tanındıqdan sonra onun qeyd edilməsi necə davam etdirildi?..
Bu və başqa sualların da cavab tapa biləcəyi məqalənin (birgun.net) tərcüməsini aşağıda oxuculara çatdırmaq istədik:
8 Mart 1857-Qadınların acı dolu hayqırışları
1857-ci ilin 8 Mart günündə, Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində bir tekstil fabrikində işləyən, təxminən 40 min qadın işçi, işi dayandıraraq, tətil etmək qərarı verdilər. Tətilin tələbi iş şərtlərinin və şəraitinin yaxşılaşdırılması idi. Polisin tətil edən qadın işçilərə basqın etməsiylə, qadınlar fabrikin içərisinə dolduruldular və fabrikin qapılarına çöl tərəfdən kilid vuruldu.Həmin anlarda fabrikdə yanğın baş verir və yanğın böyük bir qətliamla nətincələndi- 120 qadın işçi burada can verdilər. Həmin qadınların dəfninə 10 mindən çox iştirakçı qatılır. Qanlı hadisə ölkədə inanılmaz əks-səda doğurur.
8 Mart-ın beynəlxalq aləmdə tanınması
ABŞ-da baş vermiş bu qanlı hadisədən illər sonra, 1919-cu ilin 26-27 avqustunda, Danimarkanın Kopenhaq şəhərində 2-ci İnternasionala bağlı qadınlar iclasında (Beynəlxalq Sosialist Qadınlar Konfransı) Almaniya Sosial Demokrat Partiyası liderlərindən Klara Setkin və Roza Luxemburg bir təklif irəli sürdülər- 8 mart 1857-ci ildə ABŞ-da ölən işçi qadınların xatırəsinə 8 MART "Dünya Qadınlar Günü" olaraq qeyd edilsin- bu təklif iclasdakıların səs birliyi ilə qəbul edilir.


Birinci və ikinci dünya müharibələri zamanında sosializmin yayılması qorxusuyla bəzi qərb ölkələrində qeyd olunması qadağan edilir. 1960-cı illərin sonuna doğru "Dünya Qadınlar Günü" ABŞ-da yenidən qeyd edilməyə başladıqdan etibarən, digər qərb ölkələrində də gündəmə qayıdır.Bu ardıcıllıqla Birləşmiş Millətlər Təşkilatı da 16 dekabr 1977 ci ildə 8 Mart- "Dünya Qadınlar Günü" kimi tanındığını bəyan etdi və bununla da 8 Mart Beynəlxalq Qadınlar Günü bütün dünayada tanınmış və qəbul edilmiş oldu.
Nicat Novruzov