Şəfəqə Doğru » Manşet » "Azərsu" məhkəməyə verilib

"Azərsu" məhkəməyə verilib

"Azərsu" məhkəməyə verilib

 Azərsu ASC-ni məhkəməyə verən iddiaçı "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxsdir. Bu qurum Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

"Azərsu” ASC-nin məhkəməyə verilməsinə öhdəliklər üzrə mübahisələr səbəb olub. İddiaya Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baxılacaq. Artıq martın 29-na hazırlıq iclası təyin edilib.

"Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi” Publik Hüquqi Şəxs bundan əvvəl Meliorasiya və Su Təsərrüfatı ASC-ni məhkəməyə vermişdi. Bu məhkəmə çəkişməsinin kökündə də öhdəliklər üzrə mübahisələr dayanır.

"Azərsu” ASC ilə Meliorasiya və Su Təsərrüfatı ASC Azərbaycanda su təsərrüfatına cavabdeh olan əsas qurumlardır. Hər iki qurumun fəaliyyəti zaman-zaman tənqid olunub. Hətta sözügedən ASC-lər Prezident səviyyəsində də tənqidə tuş gəlib.

"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovdur//hit.az