Şəfəqə Doğru » Manşet » Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə edib

Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə edib

Əşrəf Qani Baydenlə ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müzakirə edib

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani bildirib ki, ABŞ lideri Co Baydenlə zəngləşib, tərəflər ABŞ qoşunlarının sentyabrda ölkədən çıxarılmasını müzakirə ediblər.

 

 "RİA Novosti”yə istinadən yayılan xəbərdə  bu haqda yazılıb.

 

"Bu gün mənim prezident Cozef Baydenlə telefon söhbətim oldu, biz ABŞ-ın sentyabrın əvvəlindən başlayaraq qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını müzakirə etdik. Əfqanıstan İslam Respublikası ABŞ-ın qərarına hörmət edir və biz tərəfdaşlarımızla işləyəcəyik.

Biz əməkdaşlığımızın növbəti mərhələsinə keçid müddətində sülh səylərinin həyata keçirilməsini davam etmək üçün ABŞ-dan və NATO-dan olan partnyorlarımızla işləməyə davam edəcəyik", - Qani özünün tvitterdəki səhifəsində yazıb.

 

Qaninin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik və müdafiə qüvvələri ölkəni və xalqı qorumağa tam ölçüdə qadirdir.