Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Azərbaycanla delimitasiya və demarkasiya komissiyası yaradılması barədə yayılan sənədin həqiqiliyini təsdiqləyib.
Axar.az sayti xəbər verib ki, Paşinyan bunu parlamentdəki çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanla sərhəd problemi yoxdur. Hətta indiki vəziyyət həll olunsa belə, gələcəkdə də analoji vəziyyət yarana bilər.
"Yenidən beynəlxalq səs-küyün artırılması yolunu tutmalıyıq? Sonda müharibənin məlum şərtlərindən sonra yaranmış bir vəziyyətimiz var və bu, idarə olunmalıdır”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, bu məsələlərlə məşğul olmaq üçün üçtərəfli komissiyanın formalaşdırılması təklif olunub.
Bununla yanaşı, Paşinyan sənədin yayılmasını düzgün hesab etmədiyini bildirib.
Paşinyan qeyd edib ki, sənəddəki ən vacib məqam tərəflərin sərhəddəki vəziyyəti qoşunların hərəkəti ilə deyil, diplomatik yollarla həll etməsidir:
"Azərbaycanla diplomatik əlaqələr olmadığından İrəvan bunun üçtərəfli formatda olmasının tərəfdarıdır”.