Şəfəqə Doğru » Manşet » Həmkəndlisini güllələyən şəxs saxlanıldı

Həmkəndlisini güllələyən şəxs saxlanıldı

Həmkəndlisini güllələyən şəxs saxlanıldı

İmişli rayon prokurorluğu güllələnmə haqda məlumat yayıb. 

Rəsmi məlumata əsasən, 25 may saat 23 radələrində İmişli rayonu, Çaxırlı kənd sakini Alı Alıyevə odlu silahdan açılan atəşlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin həmkəndlisi Yadigar Cəfərov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Alı Alıyevi qəsdən öldürməyə cəhd edib. 

 

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. 

Yadigar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda istintaq aparılır//qafqazinfo