Şəfəqə Doğru » Manşet » "Yalansa Allah belinizdən vursun, ömür boyu onun-bunun qabağını təmizləyən olmusuz da..."

"Yalansa Allah belinizdən vursun, ömür boyu onun-bunun qabağını təmizləyən olmusuz da..."

"Yalansa Allah belinizdən vursun, ömür boyu onun-bunun qabağını təmizləyən olmusuz da..."
"Erməniləri mən evimdə saxlamazdım, əgər onların yanında kiçik, azyaşlı uşaq olmasaydı. Sumqayıt hadisələri əsl kişilik mübarizəsi idi. Onlar axı Azərbaycanlı deyildilər, orada olan adamların müəyyən ziyalıları da bunu bilirdilər. Baxmayaraq ki, təmiz Azərbaycan dilində danışırdılar. O vaxt mənim ən dəbdə olan, populyar vaxtlarım idi, ermənilərə qapını açanda təəccüblənmədilər, sevinmədilər. Amma Azərbaycanı məndən də yaxşı tanıyırdılar"

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı 1988-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğından, "Sumqayıt hadisələri"-ndən danışarkən bildirib. O daha sonra əlavə edib.

"Onlardan fərqli olaraq biz humanist xalqıq. Mənim onların yanındakı uşaqlara ürəyim ağrıdı. Siz özünüz də gördünüz ki, Qarabağ müharibəsində bizim əsgərlərimiz onların uşaqlarına, qadınlarına necə humanist münasibət göstərirdilər. Uşağını qoyub qaçan millətdən nə gözləmək olar? Bizim əsgərimiz humanistcəsinə həmin uşağa yaxınlaşıb, ona su, çörək verdi. Vallah uşaq görəndə humanist olmamaq olmur. Onlar öz qocalarını, xəstələrini döyüş meydanında qoyub getmişdilər, amma bizim əsgərlərimiz həmin o insanlara sahib çıxdı. Nə oldu?! Ermənistana qayıdandan sonra dedilər ki, əsgərlər bizi döyüb işgəncə verdilər, qızıllarımızı əlimizdən aldılar. Yalansa Allah belinizdən vursun, siz qızıl görmüsüz?! Ömür boyu onun-bunun qabağını təmizləyən olmusuz da" deyə Afaq Bəşirqızı bildirib.

Afaq Bəşirqızı daha sonra bütün diqqətləri minaya düşərək şəhid olan jurnalistlərə yönəldib.

"İndi yandığımızdan söysək də, bağırsaq da, nə Abışovun yerini verə bilməyəcəyik, nə də ki, o Məhərrəmin yerini verə bilməcəyəyik, hansı ki, azyaşlı oğlu deyir "Atam gələndə yatacağam, indi yatmıram". Kim nə biləydi ki o maşın gəlib minanın yanından keçəcək, telefonla da çəkirlər, çəkilən hər bir görüntü də tarixdir. Demək ki, bilən olub! Meşələrdə gizlənən ermənilər çoxdur, hətta onların orada qərargahları da var" deyə Afaq Bəşirqızı bildirib.