Balakən polisi əməliyyat keçirib — Silah-sursat götürülüb
27-07-2016, 13:04 852Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kəndində yaşayan Şəmkir rayon sakini Natiq Alıyevin evinə baxış zamanı "PZU-5M” markalı partladıcı qurğu (generator), Qaysa kənd sakini Məhəmməd Gəncəyevdən isə müvafiq sənədləri olmayan yivsiz ov tüfəngi aşkar edilərək götürülüb.