Şəmkirdə bıçaqlanma hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.
Hadisə şəhərin Natavan küçəsində baş verib.
Ələkbərov Nizami qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildikdən sonra onun yaraları tikilib və hal-hazırda vəziyyətinin kafi olduğu bilidirilir.
Hadisəni törədən şəxs 1992-ci il təvəllüdlü Məmmədov Pərviz artıq saxlanılıb.
İlkin məlumata görə adıçəkilən şəxslər bir yerdə yeyib-içən zaman aralarında mübahisə yaranıbmış.
Faktla bağlı araşdırma davam edir.
Nicat Novruzov