Şəfəqə Doğru » Manşet » Gömrükdə külli miqdarda dərman vasitələri aşkarlanıb

Gömrükdə külli miqdarda dərman vasitələri aşkarlanıb

Gömrükdə külli miqdarda dərman vasitələri aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən 7 fakt üzrə tütün məmulatlarının, dərman preparatlarının və kimyəvi maddənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən "Qafqazinfo” saytına  məlumat verilib. Bildirilir ki, İdarənin "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn "DAF”, 3 ədəd "Mercedec Benz” və 3 ədəd "Scania” markalı nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual olunublar.

 

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 11 400 ədəd müxtəlif markalı siqaret, 22 qutu dərman və 138 qram civə aşkar edilib.