Şəfəqə Doğru » Manşet » İrəvan Qarabağ məğlubiyyətinin səbəbini Moskvada AXTARIR

İrəvan Qarabağ məğlubiyyətinin səbəbini Moskvada AXTARIR

İrəvan Qarabağ məğlubiyyətinin səbəbini Moskvada AXTARIR
Vətən Müharibəsində sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda antirus əhval-ruhiyyəsi güclənib.

Shafaqadogru.com xəbər verir ki, sosial şəbəkələr və ictimai müzakirələrdə məğlubiyyətin əsas baiskarlarından biri olaraq Rusiya göstərilir. Erməni cəmiyyəti Rusiyanın son 10 ildə Azərbaycana çoxlu hücum silahı satmasını müttəfiqlik münasibətlərinə zərbə vuran addım kimi dəyərləndirir. Bu fikirlərin yayılmasında hakim dairələr məxsus KİV və partiya funksionerləri də aktiv iştirak edir.

Qəsdən dövriyyəyə buraxılan bu fikirlərlə Paşinyan hökuməti Qarabağ məğlubiyyətini əsaslandırmaq, danışıqlar prosesinə zamanında vurduğu ağır zərbələri pərdələmək istəyir.

Rusiyanın Azərbaycana son illərdə satılan silahlar sırasında 100 ədəd T-90S tankı, 118 ədəd BMP-3 hərbi piyada maşını, 230 ədəd BTR-82A zirehli transportyor, 18 ədəd 152 mm kalibirli "Msta-C özüyeriyən haubitsa, 18 ədəd 120 mm-lik özüyerinən "Vena” topları, 18 ədəd 300 mm-lik "Smerç” reaktiv sistemli hərbi maşın və 24 ədəd ağır odsaçan sistem maşınları olan TOS-1A "Solntsepyok”, 24 ədəd Mi-35M hücum helikopteri və s. adı çəkilir. Həmin silahların Ermənistan ordusunun işğal altındakı torpaqlarda qurduğu mövqelərin yarılmasında böyük rol oynadığı fikri cəmiyyətə aşılanır.

Rəsmi Moskva isə Yerevanın zaman-zaman səslənən ittihamlarına cavab olaraq, istənilən ölkəyə silah satmağa hazır olduğunu açıqlayırdı.

"Ermənistanın ittihamları təəccüb doğurur. Onların keyfiyyətli Rusiya silahı almağa illəri olub. Bunun əvəzində üçüncü dünya ölkələri ilə dəyərindən dəfələrlə bahalı qiymətə köhnə silahlar alınırdı. SU-30SM qırıcları üçün raketlərin alınmaması belə rəsmi Yerevanın qənaət etməyə çalışdığını sübut edir"-deyə Kremldəki mənbə antirus isteriyasını şərh etmişdi.