"Ərdoğanın açıqlamasından sonra Türkiyənin Ermənistana hücumu istisna edilmir. Ermənistan ordusu artıq üç ildir ki, yararsız vəziyyətdədir. Yalnız Ermənistanla sərhəddə yerləşən 3-cü Türkiyə ordusunun 150 min əsgəri var. 2 saatdan sonra İrəvana çatarlar...”
Shafaqadogru.com Moderator.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı, Rusiya Silahlı Qüvvələrinin polkovniki Semyon Bağdasarov deyib.
"Biz Ermənistan hakimiyyəti ilə "oyun oynamamalıyıq”. Aydın ultimatum verilməlidir. Rusiya və Ermənistanın vahid ordu və xarici siyasətlə vahid konfederal dövləti qurulmalıdır. Açıq demək lazımdır ki, ya belə olacaq, ya da Ermənistan türk vilayətinə çevriləcək. Başqa variant yoxdur” - deyə erməni polkovnik açıqlamasının ardında vurğulayıb