Şəfəqə Doğru » Manşet » Bərdə İcra və Probasiya şöbəsi şəhid ailəsinin şikayətinə etinasız yanaşır.

Bərdə İcra və Probasiya şöbəsi şəhid ailəsinin şikayətinə etinasız yanaşır.

Bərdə İcra və Probasiya şöbəsi  şəhid ailəsinin şikayətinə etinasız yanaşır.

 

    Bu günlərdə redaksiyamiza Qazax rayon Daş Salahlı kəndində yaşayan atası birinci Qarabağ müharibəsində şəhid olmuş Osmanov Bayram Vahid oglu tərəfindən müraciət daxil olmuşdur.

 Müraciətdə Osmanov Bayram Vahid oğlu bildirir ki,əsas məşguliyyəti heyvandarlıqdır.Tovuz rayonunda mal bazarı deyilən yerdə Bərdə rayon Zümürxan kənd sakini  Əsədov Elmir Elnur oğlundan 3400 manat dəyərində iki baş inək almışdır .Bir neçə gün sonra heyvanların xəstə olduğu məlum olmuşdur.Bundan sonra heyvanları cavabdehə qaytarmış, cavabdeh isə pulu az müddət sonra ona verəcəyini bildirmişdir.Az sonra həmin pulun 2000 manatını ona poçt vasitəsi ilə  göndermiş və  qalan 1400 manatı isə geri ödəməmişdir.Qeyd olunanlara əsasən, Osmanov Bayram  Bərdə rayon məhkəməsinə müraciət etmişdir.Bərdə rayon məhkəməsinin hakimi Əbilov Qamət Mehman  oglunun sədirliyi ilə 1400 manatın Osmanov Bayram Vahid oğluna ödənilməsi barədə qətnamə qəbul edilmişdir.Qeyd edim ki, qətnamə 05.fevral 2020 –ci ildə qəbul olunmuşdur.Bundan sonra Bərdə rayon İcra və Probasiya şöbəsinin rəisi ədliyyə müşaviri cənab Rusif Quluyev Bərdə rayon polis şöbəsinə Əsədov Elmirin  axdarışa verilməsini və Bərdə rayon icra və prabasiya şöbəsinin icra məmuru 3 –cü dərərcəli ədliyyə qulluqcusu Məhəmmədəli Qasımzadəyə  isə pulun geri ödənilməsi barədə  göstəriş vermişdir.Lakin,idiiaçı Osmano v Bayramın dediyinə görə ,1400 manatın 1100 manatını hissə -hissə ödəmiş ,300 manatını isə ödəmək isdəmir.İddiaçının bildirdiyinə görə  qalan pulun  ödənilməməsində  icra məmurlarının bu işə etinasız və məsuliyyətsiz yanaşmasıdır..İddiaçı bildirir ki,dəfələrlə müraciət etməmə baxmayaraq, Bərdə rayon İcra və Probasiya şöbəsinin rəisi Rusif Quluyev və Məhəmmədəli Qasımzadə mənim şikayətimə əhəmiyyət vermir və artıq telefon zənglərimə  də,cavab vermir deyə , bildirir.Odur ki ,hörmətli  baş redaktor sizdən xahiş edirəm mənim hüquqlarımı bərpa olunması üçün , öz qəzetiniz vasitəsiylə içtimailəşdirəsiniz.

Əvvəlcədən sizə təşəkkürümü bildirirəm.

 

Qarşı tərəfində fikrini dərc etməyə hazırıq.

Mövzuya qayıdacayıq.

                                                                                            Neymət Novruzlu.