Şəfəqə Doğru » Manşet » Elm adamlarından QORXUDAN PROQNOZ: Dünyanın sonunda yalnız 5 ölkə qalacaq

Elm adamlarından QORXUDAN PROQNOZ: Dünyanın sonunda yalnız 5 ölkə qalacaq

Elm adamlarından QORXUDAN PROQNOZ: Dünyanın sonunda yalnız 5 ölkə qalacaq
Elm adamlarının dünyanın sonu ilə bağlı yeni araşdırmaları müzakirə obyekti olub.

Shafaqadogru.com  bildirir ki, bu dəfə dünyanın qlobal çöküşü zamanı sığınıla biləcək ən təhlükəsiz ölkələr müəyyən edilib. Belə ki, son tədqiqatlara görə, dünyanın sonu gələndə sadəcə 5 ölkə ayaqda qalacaq. Bunlar Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyadır. 

Elm adamları həmçinin, sözügedən ölkələrlə yanaşı, digər bəzi ölkələrin də dəyişiklik etmə ehtimalını istisna etməyiblər.  Araşdırmada Yeni Zelandiya geotermal və hidroelektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə, siyahıda birinci yerdə olub. 

Mütəxəssislərin fikrincə, çətin maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhvi, koronavirusdan daha pis pandemiya və ya bunların birləşməsi qlobal çöküşlə nəticələnə bilər.
 
Günay Rəsulqızı