Şəfəqə Doğru » Manşet » Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq, uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq, uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Sabah Bakıda 40, rayonlarda 43 dərəcə isti olacaq, uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Bakı - APA. Bakı və Abşeron yarımadasında avqustun 13-dəhava şəraiti günəşli olacaq, şimal-şərq küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, havanın temperaturu gecə yarımadada 23-27, gündüz  34-39, yarımadanın bəzi yerlərində 41, Bakıda gecə 24-26i, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 25-35% təşkil edəcək.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz  35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-20, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji xəbərdarlıqda bildirilir ki, avqustun 13-14-də Abşeron yarımadasında gözlənilən isti temperatur diskomfort şərait əksər əhali üçün əlverişsizdir.

 

Uzun müddət açıq havada olmaq məsləhət deyil.