Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamayacaq.
shafaqadogru.com xəbər verir ki, bu sözləri rusiyalı vəkil Mark Feyqin bildirib.
"Mən düşünürəm ki, bu, heç bir silahlı atışmaya gətirib çıxarmayacaq. Donbasda olduğu kimi, Rusiya açıq müharibəyə, konfliktə getməyəcək. Bilirsiniz, niyə? - Putin artıq müharibəni uduzmaqdan qorxur. O, əmin deyil ki, genişmiqyaslı müharibənin finalında qalib gələcək, ya yox. Artıq belə bir əminlik yoxdur, onlar Ukrayna ordusunun bacarığını qiymətləndirirlər. ABŞ təlimatçılarının rolu, NATO silahları bu münaqişədə əhəmiyyətli ola bilər", - Feyqin qeyd edib.