Son günlər bələdiyyə qulluqçularının fəaliyyətinin səmərəliliyini artırmaq və maliyyə xərclərini optimallaşdırmaq məqsədiylə bir sıra bələdiyyələrdə ixtisarlar aparılacaq. Bələdiyyələrin fəaliyyətinin təbliği Ictimai Birliyinin sədri Vüqar Tofiqli açıqlamasında deyib ki, indi bələbiyyələrdə ixtisarlar zəruridir: "Bələdiyyənin ilk iclasındaÿonların strukturu təsdiq edilməlidir. Lakin bu qaydada heç də bütün bələdiyyələrdə əməl edilmir. Ona görə də bir-birini təkrarlayan ştatlar çoxdur. Onların ləğvinə ehtiyac var”.
Birlik rəhbəri ixtisarları bələdiyyələrin gəlirlərinin azalması ilə izah edib: "2014-cü ildə bələdiyyələrin büdcə gəlirləri 50 milyon manat, 2015-ci ildə isə 30 milyon manat olub. Kəskin fərqin yaranması xərclərin azaldılmasını labüd edir”.
V.Tofiqlinin:”Bu gün bələdiyyə sədrləri hər manatın qədrini bilməli, onu səmərəli şəkildə xərclənməsinə nail olmalı, çalışdıqları qədər büdcə gəlirlərini əlavə təsərrüfat fəaliyyətiylə zənginləşdirməlidirlər”.
Shafaqadogru.com belediyye.info-ya istinadən xəbər verir ki, hələlik Bakının rayonlarındakı bələdiyyələrdə ÿixtisarlar başlamasa da, digər tədbirlər müzakirə edilir.
"Bələdiyyə fabriki” müzakirə edilir
Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin sədri Ixtiyar Nəcəfov isə bildirib ki, qurumda ÿiqtisadi çətinliklər olsa da ixtisarlara başlamayıblar:
"Iqtisadi vəziyyəti düzəltmək üçün ixtisara əl atmağı çıxış yolu hesab etmirəm. Bizim əsas məqsədimiz yığılan vergilərdən səmərəli şəkildə istifadə etməkdir”.
Sabunçu rayon Bakıxanov Bələdiyyəsinin sədriÿRamiz Nəsibov fins.az-a bildirib ki, inkişaf edən bələdiyyələrdə ixtisardan söhbət gedə bilməz:
"Maliyyə imkanlarından istifadə edərək Bakıxanov bələdiyyəsi istehsal sahəsi yaratmaq təşəbbüsü ilə çıxış edib. Yaxın günlərdə bələdiyyə iclasında ”bələdiyyə fabriki”nin yaradılması müzakirəyə çıxarılacaq”.
Yeni bazar və tikiş fabriki qurulacaq
R.Nəsibovun sözlərinə görə rəhbərlik etdiyi qurum Bakıxanov qəsəbəsində tikişÿfabriki və kənd təsərrüfatı mallarının satış yarmarkasını işə salmaq niyyətindədir.
"Layihəyə əsasən, Xaçmaz və Quba bələdiyyələri ilə müqavilə bağlayaraq yerli məhsulların Bakıxanovda ucuz qiymətə satışını təşkil edəcəyik. Sakinlərəÿsağlam vəÿtəzə meyvə-tərəvəziÿdaha tez çatdırmağı düşünürük”.
Bələdiyyə sədri qəsəbədə tikiş fabrikinin qurulmasını da planlaşdırıb: "Düşünürük ki, burada bələdiyyə işçilərinin, ədliyyə orqanları əməkdaşlarının və digər qurumların uniformalarını tikək. Əgər Ədliyyə Nazirliyi sifarş versə yaxın 3 ayda fabriki işə sala bilərik”.