Şəfəqə Doğru » Manşet » AZƏRBAYCANDA "FACEBOOK" İSTİFADƏÇİLƏRİ ARTIB

AZƏRBAYCANDA "FACEBOOK" İSTİFADƏÇİLƏRİ ARTIB

AZƏRBAYCANDA "FACEBOOK" İSTİFADƏÇİLƏRİ ARTIB

Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı 5 230,1 min nəfər təşkil edib.

"APA-Economics"in yaydığı məlumata görə, bu, bir il öncəki göstəricidən 25% və ya 1 045,1 mln. nəfər çoxdur.

Hazırda ölkə əhalisinin 50,9%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 64,7% kişilər, 35,3%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973,7 min) ibarət olub.

Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626,3 min nəfərlə liderlik edir.