Şəfəqə Doğru » Manşet » QUBADA DEPUTAT SEÇİCİLƏRİN PROBLEMLƏRİNİ DİNLƏYİB

QUBADA DEPUTAT SEÇİCİLƏRİN PROBLEMLƏRİNİ DİNLƏYİB

QUBADA DEPUTAT SEÇİCİLƏRİN PROBLEMLƏRİNİ DİNLƏYİB

Milli Məclisin deputatı Vahid Əhmədov növbəti dəfə Quba şəhərində yerləşən ofisində seçiciləri ilə görüşərək onları qəbul edib.

 

Qəbul öncəsi seçiciləri ilə görüşən millət vəkili sakinləri maraqlandıran bir şox sualları cavablandırıb, əhalinin sosial müdafiəsi istiqamətində görülən işləri ətraflı onlara izah edib. Son vaxtlar qiymət artımı ilə bağlı məsələləri izah edərək, Milli Məclis tərəfindən bu və digər problemlərlə bağlı görülən işlərdən bəhs edib, seşicilərin çox saylı suallarını cavablandırıb.

 

Qəbula gələn Quba, Bakı, Sumqayıt və Qusardan olan 104 seçici deputat tərəfindən təkbətək qəbul edilib. Əlilliyin ləğvi ilə bağlı yaranmış problemlər, sosial yardımların təyinatı, işsizlik,özünəməşğulluq layihəsinin həyata keçirilməsindəki keyfiyyat ilə bağlı problemlər, ikinci Qarabağ müharibəsindən sonra qazi və müharibə iştirakçılarının ehtiyaclarının diqqət mərkəzində saxlanılması, kreditlərin alınması və qaytarılması zamanı yaranan suallar, ailə-məişət məsələləri, maddi yardımların olunması və bu kimi digər məsələlər qəbul zamanı əhali tərəfindən qabardılan məsələlərdən olub.

 

Seçicilər tərəfindən deputata ünvanlanmış problemlər köməkçi tərəfindən qeydiyyata alınıb, həlli yerli rayon təşkilatları ilə bağlı olan məsələlərə operativ şəkildə baxılıb, qərarlar qəbul edilib. Qalan məsələlər nəzarətə götürülüb, mərkəzi təşkilatlara müraciətlər edildikdən sonra onlar da öz həllini tapacaq.

Qəbul prosesində rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb, əhalini narahat edən məsələlər onların diqqətinə çatdırılıb, həlli yolları müzakirə edilib.