"Buta Airways” may ayında Ukraynanın Xarkov şəhərinə uçuşlar yerinə yetirməyə başlayacaq və Kiyev şəhərinə uçuşların sayını artıracaq.
Aviadaşıyıcı Xarkov şəhərinə xüsusi uçuşlar həyata keçirəcək.
Uçuşlar mayın 20-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Xarkov istiqamətinə bərpa olunacaq və həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Həmçinin mayın 1-dən aviadaşıyıcı Bakı-Kiyev-Bakı marşrutu üzrə uçuşların sayını artıracaq. Həftədə iki reysə (bazar ertəsi və cümə axşamı) daha bir reys - şənbə günləri- əlavə olunur.
Biletlərin dəyəri 29 avrodan başlayır /// qafqazinfo