Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti vəzifəsinə namizəd məlum olub.
Bu, kənd təsərrüfatı naziri İnam Kərimovdur.
İ.Kərimovun bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək AAAF-ın hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.
O, bu postda "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovu əvəzləyəcək.