Əməkdar jurnalist Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan "Dərin Təhlil” verilişində dava düşüb.
Proqramda keçmiş Baş nazir Pənah Hüseynlə tanınmış jurnalist AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb.
Mübahisə sonrada davaya çevrilib. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb. Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.