Şəfəqə Doğru » Manşet » ŞƏMKİRDƏ QƏTL- PROKURORLUQ AÇIQLAMA YAYDI

ŞƏMKİRDƏ QƏTL- PROKURORLUQ AÇIQLAMA YAYDI

ŞƏMKİRDƏ QƏTL- PROKURORLUQ  AÇIQLAMA YAYDI

Fevralın 27-si saat 11 radələrində 1998-ci il təvəllüdlü Aytac Piriyevanın aldığı xəsarətlərdən ölməsi barədə Şəmkir rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Şəmkir Rayon Prokurorluğundan  verilən məlumatda bildirilib.

 

Aparılmış ilkin araşdırmalarla Şəmkir rayonu İrmaşlı kənd ərazisində zərərçəkmişin əmisi oğlu 1998-ci il təvəllüdlü Piri Piriyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytac Piriyevaya bıçaq xəsarəti yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Piri Piriyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib // modern.az