"Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan "Təsərrüfat İdarəsi” MMC-də bir sıra qanun pozuntuları aşkar olunması barədə Qafqaznews.az-a məlumat daxil olub. Belə ki, etibarlı mənbənin verdiyi məlumata görə, Cavid Qurbanov QSC-ə rəhbər təyin olunduqdan sonra, "Təsərrüfat İdarəsi” MMC-ilə bağlı şəhid ailələri tərəfindən QSC-ə şikayət daxil olub. "Əlbəttə, Cavid Qurbanov öz növbəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində yeni yaradılan Audit xidmətinin rəhbəri Ramin Abdullayevə tapşırıq verib ki, "Təsərrüfat İdarəsi” MMC-də yoxlama aparılsın. Yoxlama aparılıb və nəticədə üç nəfər tutduğu vəzifədən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıb”, – deyə məlumatda bildirilir.
Yoxlama zamanı Audit xidmətinin rəhbəri Ramin Abdullayevin kimlər tərəfindən razı salındığı barədə gələn yazımızda şok açıqlama verəcəyik. Söhbət 7 il ərzində QSC-də mənimsənilən bir milyon yarım manatdan artıq məbləğdən gedir. Bu və digər dırnaqarası qəhrəmanlar barədə gələn yazımızda geniş məlumat verəcəyik.
P.S. Məlumat üçün bildirək ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları” QSC-ə rəhbərlik edən dövrdə, QSC-nin Maliyyə Xidmətinin tərkibində Audit şöbəsi fəaliyyət göstərib və həmin şöbənin rəisi Vidadi Baxşəliyev olub. Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-ə rəhbər təyin olunandan sonra, Vidadi Baxşəliyev tutduğu vəzifəsindən azad olunaraq dəmiryolu sistemindən uzaqlaşdırılıb. Yeni yaradılan Audit xidmətinin rəisi vəzifəsinə maliyyə naziri Samir Şərifovun qaynı Elşən Əfəndiyev təyin olunub. E.Əfəndiyev "povışeniya”ya gedəndən, yəni, Cavid Qurbanovun müşaviri təyin olunandan sonra, onu bu vəzifədə Ramin Abdullayev əvəz edib. Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, Ramin Abdullayev "Azərbaycan Dəmir Yolları” QSC-dən əvvəl vergilər sistemində çalışıb. Araşdırmamız davam edir, bizi izləyin…