Şəfəqə Doğru » Manşet » RUS DEPUTATDAN AZƏRBAYCAN HAQQINDA SƏRSƏM İFADƏLƏR -"BAKIYA ZƏRBƏ ENDİRƏK"

RUS DEPUTATDAN AZƏRBAYCAN HAQQINDA SƏRSƏM İFADƏLƏR -"BAKIYA ZƏRBƏ ENDİRƏK"

RUS DEPUTATDAN AZƏRBAYCAN HAQQINDA SƏRSƏM İFADƏLƏR -"BAKIYA ZƏRBƏ ENDİRƏK"

Rusiyanın "Rossiya 24” telekanalında yayımlanan "60 dəqiqə” verilişində Azərbaycana qarşı təhdidlər səsləndirilib.

Verilişdə çıxış edən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin Bakının neft mədənlərinə bomba zərbəsi endirməyi təklif edib.


Mixail Delyaqin əmindir ki, Azərbaycan Rusiya üçün böyük təhlükədir və Bakının cəzalandırılması lazımdır.

Verilişdə iştirak edən heç kim, aparıcı Skabayeva, nə də digər şəxslər deputatın sərsəm çıxışına etiraz bildirməyiblər.

Verilişdə Azərbaycan ordusunun Qarabağdakı son dislokasiya dəqiqləşdirmələrinə etiraz ifadə edilib.


Mixail Delyaqin Azərbaycan Ordusunu Qarabağda atəşkəs rejimini pozmaqda, onu Xocalının Fərrux kəndi istiqamətində irəliləməkdə ittiham edib.

"
Bu, sərt və birmənalı şəkildə cəzalandırılmalıdır. Azərbaycanın neft sənayesi bizə nəyə lazımdır? Bizim ona ehtiyacımız yoxdur", - rus deputat deyib.
 

Mixail Delyaqin daha sonra Tvitter-də "Bakıya zərbə endirək?” sualı ilə sorğu təşkil edib.

Qeyd edək ki, M.Delyaqin Dumanın iqtisadi siyasət komitəsinin sədr müavinidir // modern.az