Xalq artisti Flora Kərimovanın həmkarı SSRİ xalq artisti Zeynəb Xanlarova ilə bağlı səsləndirdiyi fikirlər gündəmə bomba kimi düşdü.Publika.az-a açıqlama verən əməkdar artist Elnarə Abdullayeva da Zeynəb Xanlarovanın müdafiəsinə qalxıb: "Allah Zeynəb Xanlarovanı bal kimi, şipşirin yaradıb. Yaşının bu vədəsində də davranışı, gözəlliyi, şipşirin səsi ilə adamın canını alır. Mən inanmıram ki, Flora Kərimova onun barəsində belə sözlər söyləsin. Axı nəyə lazımdır.
Onsuz da Zeynəb canlı əfsanədir, bu danılmazdır. Necə yəni, Zeynəb Ələkbər Tağıyevin çörəyini yeyir, o, öz çörəyini yeyir. Aman-aman, başına dönüm, mən kiməm ki, Zeynəb kimi nəhəng barədə söz deyim. Ayıbdır e, adama deyərlər, sən kimsən ay civirtdək, Zeynəb haqqında söz deyirsən. Elnarə, sən Zeynəbin kəsilən dırnağı deyilsən e, onun barəsində söz danışırsan. Biz uşaq idik, gecəni yatmırdıq ki, Zeynəb konsertin sonunda oxuyacaq.
Zeynəb oxumurdusa, o konsert konsert sayılmırdı. Elnarəyə söyərlər e, deyərlər sən dünənin cücəsi Zeynəb Xanlarova haqqında fikir bildirirsən. Ayıbdır, vallah ayıbdır. Mən inanmıram ki, Zeynəb xanım bu sözlərə fikir bildirsin, heç reaksiya da verməyəcək. Çünki o xanım həmişə zirvələrdə olub, başını dik tutub”.
Xatırladaq ki, F.Kərimova Zeynəb Xanlarova barəsində onun səsi yoxdur, Ələkbər Tağıyevin çörəyini yeyir deməklə hər kəsi qıcıqlandırıb.